Overview

Mobil Videoqraf Jobs in Baku, Baku Ekonomic Zone, Azerbaijan at AR MEDIA

Mobil Videoqraf / Content Creator axtarılır

Müxtəlif brendlər üçün sosial media məzmunlarının hazırlanmasında bizimlə davamlı əməkdaşlıq edəcək kreativ, məsuliyyətli və öz bacarıqlarına güvənən Mobil Videoqraf / Content Creator axtarırıq.

Bu vakansiya satış və ya lead toplamaq üçün deyil. Məqsədimiz kontent istehsalı sahəsində güclü olan və uzunmüddətli əməkdaşlıq edə biləcəyimiz uyğun mütəxəssis tapmaqdır.

Vəzifə öhdəlikləri:

• Mobil telefonla keyfiyyətli foto və video çəkilişlərinin həyata keçirilməsi

• Reels, TikTok və digər sosial media formatları üçün kontent hazırlanması

• Kreativ çəkiliş ideyalarının və konseptlərin təqdim edilməsi

• Çəkilən materialların montaj və rəng korreksiyasının edilməsi

• Müxtəlif brendlərin vizual üslubuna uyğun məzmun hazırlanması

• Çəkiliş planına uyğun olaraq layihələrdə iştirak edilməsi

• Sosial media trendlərinin izlənilməsi və uyğun formatların tətbiqi

Namizədə tələblər:

• Mobil video çəkilişi və kontent istehsalı sahəsində təcrübə

• CapCut, VN, Premiere Pro və ya oxşar proqramlardan istifadə bacarığı

• Kadr quruluşu, işıq, kompozisiya və səs haqqında baza bilikləri

• Kreativ düşüncə və müstəqil ideya təqdim etmək bacarığı

• Məsuliyyətli, punktual və komanda ilə işləməyə açıq olmaq

Hazır işlərdən ibarət portfolio təqdim etmək (* olduqca vacib şərt)

Biz nə təklif edirik?

Bu sektoru və kontent istehsalı prosesini yaxşı anladığımız üçün namizədin işini asanlaşdıracaq müəyyən alət və resurslar təqdim ediləcək.

Biz konkret saat aralığında ofisdə qalacaq bir əməkdaş axtarmırıq. Əsas gözləntimiz işlərin vaxtında, keyfiyyətli və razılaşdırılmış plana uyğun həyata keçirilməsidir. Namizədin digər layihələrinin də ola biləcəyini anlayır və işlərini rahat planlaması üçün çevik iş şəraiti yaradırıq.

Kontent bazarında işləyən klassik yanaşmaları bilirik, amma yalnız mövcud trendləri təkrarlamaq niyyətində deyilik. Yeni ideyalara, fərqli baxışlara və yaradıcı təkliflərə açığıq. Əsaslandırılmış və brendə uyğun olduğu müddətdə namizədin yaradıcılığını məhdudlaşdırmırıq.

Öz bacarığına güvənən, təşəbbüs göstərən, yalnız verilən tapşırığı icra etməklə kifayətlənməyən və ortaya keyfiyyətli iş qoymaq istəyən insanlarla çalışmaq bizim üçün xoş olar.

Müraciət zamanı portfolio və özünüz haqqında qısa məlumat təqdim etməyiniz xahiş olunur. Yalnız işi və yanaşması uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Title: Mobil Videoqraf

Company: AR MEDIA

Location: Baku, Baku Ekonomic Zone, Azerbaijan

Category:

 

Upload your CV/resume or any other relevant file. Max. file size: 800 MB.